“Qarabağ” klubunun türkiyəli çalışdırıcısı Rasim Kara yeni məşqçi kateqoriyası almaq istəyir
03.05.2008 - 11:56
“Pro” məşqçilik kateqoriyasına yiyələnmək niyyətində olan 58 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycanda məşqçilik seminarları mütəmadi təşkil olunsa da, Türkiyədə bu səviyyədə tədbir keçirilməyib. O, ölkəsində keçiriləcək seminara hazırlıq getdiyini, tədbirin vaxtı hələlik dəqiq bilinmədiyini söyləyib: “Bir şey məlumdur ki, baş məşqçilər məşqçilikdə ilk addımlarını atanlardan fərqli olaraq, iki ay yox, 10-15 gün seminarda iştirak edəcəklər. Kurslarda Avropadan dəvət olunmuş və yerli mütəxəssislər mühazirə oxuyacaqlar”. Neçə gündür, seminarda iştirakla bağlı vətənində olan türkiyəli mütəxəssis komandasının “Standard”la oyuna hazırlaşmasında da iştirak edə bilməyib. R. Kara Azərbaycan Premyer Liqasının 23-cü turunun matçında uğurlu nəticəyə inanır: “Standard” qış fasiləsində güclü transferlər gerçəkləşdirib. “Neftçi” ilə son oyunlarını izlədim. Komanda çox güclənib. Buna baxmayaraq, “Qarabağ” turnir cədvəlində irəliləyişini davam etdirəcək”.
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
0
0