“Turan” klubu 20 aydan sonra 1 oyunda 4 qol vurub
05.05.2008 - 11:21
“Turan” klubu 20 aydan sonra 1 oyunda 4 qol vurub
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Tovuzun “Turan” klubu cari mövsüm Azərbaycan Premyer Liqasında ilk dəfə 1 oyuna 4 qol vurub. “APA-Sport” agentliyinin məlumatına görə, XXIII tur çərçivəsində “Qəbələ” ilə öz meydanında keçirdiyi qarşılaşma qərblilər üçün mövsümün ən məhsuldar oyunu olub. Mayın 3-də baş tutan görüşdə 4:2 hesabı ilə qalib gələn “Turan” Premyer Liqada son dəfə 20 ay əvvəl bu qədər qol vurmuşdu. Tovuzlular 2006-cı il sentyabrın 18-də “Gənclərbirliyi”ni 4:1 hesabı ilə üstələyəndən indiyədək belə məhsuldarlığı təkrarlaya bilmirdi. 583 gündən sonra 4 qol vuran “Turan”ın məğlub etdiyi “Qəbələ” isə bu ad altında ilk dəfə 4 qol buraxıb. Qəbələlilər son dəfə ötən mövsüm 20-ci tur çərçivəsində “Neftçi” ilə matçda 3-dən artıq qola üzülüblər. 2007-ci il aprelin 3-nə təsadüf edən həmin oyunda 1:4 hesabı ilə uduzan “Gilan” 13 aydan sonra “Qəbələ” adı altında eyni sayda qol buraxıb.
0