“Neftçi” lider “Olimpik”lə xal fərqini 3-ə endirib
05.05.2008 - 10:49
“Neftçi” lider “Olimpik”lə xal fərqini 3-ə endirib
Əsgər Abdullayevin çalışdırdığı komanda ötən mövsümdə (2:2) olduğu kimi, “Simurq”la Qaxda keçirdiyi görüşü də heç-heçə başa vurub. Nəticədə son iki oyunda fərqlənə bilməyən “Olimpik”in ən yaxın izləyicisi “Neftçi” ilə xal fərqi 3-ə enib. Hesabat turunda “Neftçi” ukraynalı mütəxəssis Anatoli Demyanenkonun rəhbərliyi altında ölkə kuboku da daxil olmaqla beş oyundan sonra ilk qələbəsini qazanıb. Yenidən 3-cü yerdə qərarlaşan “İnter” “Xəzər-Lənkəran”ı artıq xal fərqinə görə də qabaqlayır. Lənkəran təmsilçisi öz meydanında “Bakı”ya qalib gələ bilmədiyindən, çempionluq şanslarını, demək olar, itirib. “Qarabağ” “Standard”ı yenə 1:0 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk dəfə turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Ümumiyyətlə, XXIII turun açılış matçlarından fərqli olaraq, ikinci oyun günündə məhsuldarlıq çox aşağı olub. Belə ki, 4 matçda qapılara cəmi 2 qol vurulub. Halbuki ilk gündə keçirilən 3 görüşdə 12 qol qeydə alınıb ki, bu da hər qarşılaşmada orta hesabla 4 top deməkdir.

3 may
“Gənclərbirliyi” – “Masallı” – 1:0

Zaur Əsədov, 33

“Turan” – “Qəbələ” – 4:2
Asəf Qədiri, 6, Vurğun Hüseynov, 35, Vüsal Qarayev, 41, Kamal Ələkbərov, 44-pen – Tornike Aptsiauri, 70, Vladimir Tsaranu, 83

ABN – “İnter” – 1:4
Eldəniz Orucov, 80 - Valter Quqlemon, 6, 55, Petar Zlatinov, 12, Xaqani Məmmədov, 31

4 may
“Qarabağ” – “Standard” – 1:0

Ayxan Abbasov, 51

“Karvan” – “Neftçi” – 0:1
Georgi Adamiya, 53-pen

“Xəzər-Lənkəran” – “Bakı” – 0:0

“Simurq” – “Olimpik” – 0:0

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

23

16

6

1

27-6

54

2

Neftçi

23

15

6

2

39-17

51

3

İnter

23

15

4

4

45-17

49

4

Xəzər-Lənkəran

23

13

8

2

42-15

47

5

Qarabağ

23

10

6

7

24-16

36

6

Qəbələ

23

11

1

11

30-29

34

7

Simurq

23

9

6

8

28-22

33

8

Bakı

23

7

9

7

29-24

30

9

Masallı

23

7

4

12

24-37

25

10

Standard

23

5

8

10

25-24

23

11

Karvan

23

6

4

13

21-29

22

12

Turan

23

4

5

14

18-42

17

13

Gənclərbirliyi

23

4

1

18

17-60

13

14

ABN

23

2

6

14

12-43

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 16, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.

Növbəti turun oyunları mayın 9-da, 11-də və 12-də keçiriləcək: “Standard” – ABN, “Masallı” – “Simurq”, “Neftçi” – “Xəzər-Lənkəran”, “İnter” – “Turan”, “Olimpik” – “Karvan”, “Bakı” – “Qarabağ”, “Qəbələ” – “Gənclərbirliyi”
0