AFFA yığmanın braziliyalı baş məşqçisi ilə dörd aylıq müqavilə bağlayacaq
05.05.2008 - 17:26
AFFA yığmanın braziliyalı baş məşqçisi ilə dörd aylıq müqavilə bağlayacaq
“İcraiyyə Komitəsinin növbəti iclaslında Silvanın yığmanın baş məşqçisi postuna təsdiqlənəcək. O, gələn həftə İspaniyada keçiriləcək dünya çempionatının seçmə oyunları zamanı milli komandamızda debüt edəcək. Müqavilənin maddi dəyərini isə açıqlaya bilmərəm”. E.Məmmədov yeni baş məşqçinin qarşısına ciddi tələblər qoyduqlarını söyləyib: “İlk növbədə ona yığmamıza dünyanın çempionatının final mərhələsinə vəsiqə qazandırmaq tapşırığı verilib. Düzdür, debüt ilində milli komandanın final mərhələsinə yüksəlməsi çox çətin olacaq. Biz Silvanın təcrübəsinə, uğurlarına arxalanaraq, onun qarşısına belə ağır vəzifə qoymuşuq. Bundan başqa, braziliyalı ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə çimərlik futbolunun strukturunu formalaşdırmalı, məşq sistemlərini peşəkar səviyyəyə çatdırmalıdır”.
Qeyd edək ki, indiyədək Portuqaliya, Braziliya, Rusiya, Avropa və Asiya çempionu olmuş 31 yaşlı Q.Silva Azərbaycan milli komandasının ilk baş məşqçisi kimi çimərlik futbolu tariximizə düşəcək.
0