Daniel Axtyamovun komandası öz meydanında qələbə üzünə həsrət qalıb
06.05.2008 - 09:56
Moskva. Mehman Süleymanov – APA-Sport. Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun şərəfini qoruduğu Rusiyanın “Torpedo” klubu öz meydanında uğursuz oyunlar seriyasını davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının birinci divizionunda mübarizə aparan Moskva təmsilçisi “Baltika”nın ardınca, “Rostov” klubuna da 0:2 hesabı ilə uduzub. Ardıcıl üçüncü dəfə əsas heyətdə yer alan D.Axtyamov 28-ci dəqiqədə, “Torpedo” hesabda 0:2 geri olarkən əvəzlənib. Cari çempionatda öz meydanında qələbə qazana bilməyən moskvalılar 4 görüşdən 3-də məğlubiyyətlə üzləşiblər. Nəticədə “Torpedo” 8 turdan sonra 7 xalla turnir cədvəlində 22 komanda arasında 19-cu pillədə qərarlaşıb. Paytaxt klubunun uğursuz çıxışında ciddi maliyyə böhranı əsas səbəb kimi göstərilir.
Qeyd edək ki, “Torpedo” 23 yaşlı D.Axtyamovu üç ay öncə, yeni mövsümə hazırlıq zamanı transfer edib.
Qeyd edək ki, “Torpedo” 23 yaşlı D.Axtyamovu üç ay öncə, yeni mövsümə hazırlıq zamanı transfer edib.
0
0