“İnter” Premyer Liqa klublarının reytinqində “Olimpik”i arxada qoyub
06.05.2008 - 13:33
“İnter” Premyer Liqa klublarının reytinqində “Olimpik”i arxada qoyub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubu “Simurq”la qolsuz heç-heçədən sonra Azərbaycan Premyer Liqasında yarışan komandaların reytinqində ikinci pilləyə enib. “APA-Sport” agentliyinin məlumatına görə, Avropanın 3086 komandasının yer aldığı reytinq cədvəlində Azərbaycan klubları arasında ən yaxşı göstərici “İnter”ə məxsusdur. Hər həftə yenilənən siyahıda “İnter” mövqeyini 3 pillə yaxşılaşdıraraq, 82-ci yerə yüksəlib. “Olimpik” isə 26 pillə gerilədiyindən 84-cü sırada qərarlaşıb. “Olimpik”i büdrədən “Simurq” bu uğur sayəsində 327 pillə irəliləyib. Siyahının ilk “üçlüy”ündə isə İngiltərənin “Mançester Yunayted” (2053,95), “Çelsi” (2027,82), həmçinin, İtaliyanın “Milan” (1957,68) klubları yer alıb.

82 (ötən həftədəki mövqeyi - 85). “İnter” 1803,62
84 (56). “Olimpik” 1803,49
119 (118). “Neftçi” 1779,93
270 (269). “Xəzər-Lənkəran” 1720,63
1116 (1443). “Simurq” 1593,95
1174 (1203). “Bakı” 1588,23
1530 (1542). “Qarabağ” 1561,65
1807 (1799). “Qəbələ” 1541,49
2222 (2239). “Karvan” 1510,55
2360 (2380). “Standard” 1497,97
2858 (2879). “Masallı” 1414,39
2969 (2986). “Turan” 1372,68
2984 (2996). ABN 1365,05
3081 (3092). “Gənclərbirliyi” 1211,30
0