Rəşad Sadıqov və Zaur Tağızadə məşqlərə başlayıblar
06.05.2008 - 14:42
Rəşad Sadıqov və Zaur Tağızadə məşqlərə başlayıblar
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “Neftçi” klubunun bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanovun cərrahiyyə əməliyyatı təxirə salınıb. “APA-Sport” agentliyinin məlumatına görə, futbolçunun mayın 5-nə planlaşdırılan əməliyyat bu gün keçiriləcək. Almaniyanın Ştutqart şəhərində çiyin nahiyəsindəki problemi həkim müdaxiləsi ilə aradan qaldırılacaq S.Stefanov Premyer Liqanın XXIV turunda “Neftçi”nin yeganə itkisi olmaya bilər. Belə ki, Rail Məlikovun növbəti turda “Xəzər-Lənkəran”la oyuna çıxıb-çıxmayacağı sual altındadır. Mayın 4-də “Karvan”la səfərdə keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində zədələndiyindən meydanı tərk edən müdafiəçinin durumuna sabah aydınlıq gətirəcək. “Neftçi”nin səhhətində problem yaranmış digər iki üzvü isə bu gündən məşqlərə qatılıb. Bel nahiyəsindəki ağrılar ucbatından “Karvan”la görüşdə forma geyinməyən Rəşad Sadıqovun həftə sonunadək tam sağalacağı gözlənilir. Böyük ehtimalla, axırıncı turda zədələnmiş Zaur Tağızadə də lənkəranlılara qarşı oynayacaq.
0