“Neftçi” – “Xəzər-Lənkəran” oyununun biletləri bu gündən satışa çıxarılıb
07.05.2008 - 11:25
“Neftçi” – “Xəzər-Lənkəran” oyununun biletləri bu gündən satışa çıxarılıb
Bakı. Elşən Məmmədov-APA-Sport. Mayın 11-də Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində baş tutacaq “Neftçi” – “Xəzər-Lənkəran” matçının biletləri bu gündən satışa çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun ev sahibi “Neftçi”nin rəhbərliyi ilkin mərhələdə 15 min bilet sifariş edib. Tələbat olacağı təqdirdə, satışa əlavə biletlər çıxarılacaq. Respublika stadionunun yaxınlığındakı kassalar söküldüyündən biletlərin satışı səyyar şəkildə aparılacaq. Sektordan asılı olmayaraq, hər bir biletin qiyməti 2 manat müəyyənləşdirilib. Qonaq komandaya cəmi 100 havayı bilet verilsə də, “Xəzər-Lənkəran” klubunun azarkeşlərinə biletlərin ümumi sayının daha 5 faizinin satılacağı istisna deyil.
Qeyd edək ki, ötən mövsüm 29750 nəfərlik tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” və “Xəzər-Lənkəran” arasında keçirilən görüşü 25 minədək azarkeş izləmişdi.
0