Azərbaycan FİFA-nın reytinqində yenə Lixtenşteyndən arxada qalıb
07.05.2008 - 12:43
Azərbaycan FİFA-nın reytinqində yenə Lixtenşteyndən arxada qalıb
Yeganə fərq Azərbaycanın hesabındakı xalları 195-dən 199-a çatdırmasıdır. Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən yalnız Almaniya ilk “onluq”da yer alıb. Aktivində 1264 xal olan almaniyalılar 5-ci pilləyə sahib çıxıblar. Rusiya yığması mövqeyini dəyişməyib - 856 xal; 25-ci sıra. Bir pillə irəliləyərək, 35-ci yerə qalxan Finlandiyanın hesabında 704 xal var. Seçmə mərhələdə ilk rəqibimiz olacaq Uels reytinq cədvəlində yenə 597 xalla 52-ci sıradadır. Lixtenşteyn də mövqeyini qoruduğundan milli komandamızı qabaqlayır. Hesabında 233 xal olan “cırtdan ölkə”nin təmsilçiləri 130-cu pilləni tutublar. İyunda yoldaşlıq görüşlərində səfərdə qarşılaşacağımız rəqiblər də əvvəlki mövqelərində qalıblar. Belə ki, Bosniya və Herseqovina 522 xalla 62-ci, Andorra isə 50 xalla 181-ci yerdədir. FİFA-nın sıralamasına Argentina (1520 xal) başçılıq edir. Növbəti pillələrdə müvafiq olaraq, Braziliya (1518 xal) və İtaliya (1396) yer alıblar.
Qeyd edək ki, son reytinq cədvəli tərtib olunan müddətdə oyun keçirməyən yığmamız martın 26-da Litvaya uduzduğu üçün (0:1) ötən ay 18 pillə geriləmişdi.
0