Əsgər Abdullayev və Yunis Hüseynovun qarşılaşmalarında birdən artıq qol qeydə alınmır
07.05.2008 - 16:53
Əsgər Abdullayev və Yunis Hüseynovun qarşılaşmalarında birdən artıq qol qeydə alınmır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Əsgər Abdullayev və Yunis Hüseynovun baş məşqçi kimi qarşılaşmalarında maraqlı tendensiya müşahidə olunur. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIV turunda qarşılaşacaq “Olimpik” və “Karvan” klublarının baş məşqçiləri indiyədək 6 dəfə üz-üzə gəlib. 1992-ci ildə keçirilən ilk milli çempionatda “Neftçi”nin heyətində qızıl medal qazanan Ə.Abdullayevlə Y.Hüseynov mayın 12-də 7-ci dəfə məşqçi kimi münasibətlərini ayırd edəcələr. Əvvəlki qarşılaşmaların yarısında onların çalışdırdığı komandalar meydanı qol vurmadan tərk edib. 2004/05 mövsümündə Ə.Abdullayevin rəhbərlik etdiyi “Bakı” “Karvan”la iki dəfə qarşılaşsa da, qapılara qol vurulmayıb. Növbəti mövsümə təsadüf edən yeganə matçda Y.Hüseynovun komandası 1:0 hesabı ilə qalib gəlib. 2006/07 mövsümünə təsadüf edən matçlarda da bu hesab qeydə alınıb. Artıq “Olimpik”ə rəhbərlik edən Ə.Abdullayev birinci dövrədə məğlub olduğu “Karvan”ı çempionatın ikinci hissəsində məyus edib. Nizami Hacıyevin vurduğu qol Ə.Abdullayevi Y.Hüseynovla qarşılaşmalarda sevindirən yeganə qol olub. Belə ki, cari mövsümün birinci dövrəsində də həmkarlar heç-heçə ilə ayrılıb. Bu dəfə “Standard”la Ə.Abdullayevin “Olimpik”i ilə görüşən Y.Hüseynov yenə 1 xal qazana bilib.
0