İqor Nakoneçnı: “Azərbaycanda məşqçilik fəaliyyətimə mane olmurdular”
08.05.2008 - 12:06
İqor Nakoneçnı: “Azərbaycanda məşqçilik fəaliyyətimə mane olmurdular”
Ukraynalı məşqçi mətbuata açıqlamasında vətəndən kənarda çalışdığı məşqçilik fəaliyyətinə də toxunub: “Moldova məşqçilik fəaliyyətimin ayrı bir mərhələsidir. Bu, daha yüksək səviyyədə çalışmaq yolunda addım idi. “Şerif”lə avrokuboklarda, İntertoto kubokunda, Çempionlar Liqasında çıxış etdik. Sonuncu iş yerim Azərbaycanda olub. Orada məşqçilik fəaliyyəti üçün yaxşı şərait yaradılmışdı. İşimə mane olmurdular və müəyyən uğurlarımız var idi. Hətta bizim komanda sonadək çempionluq uğrunda mübarizə aparırdı. Liderlər qrupunda yer alsaq da, çempionatı 5-ci pillədə başa vurduq. Ölkə kubokunun finalında isə çempion “Xəzər-Lənkəran”a məğlub olduq. Həmin səviyyədə bunu uğur saymaq olar”.


0