Şteffan Messner ikinci dəfə Azərbaycan gəlir
08.05.2008 - 18:02
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Xəzər-Lənkəran” matçını idarə edəcək avstriyalı Şteffan Messner ikinci dəfə Azərbaycana gəlir. “APA-Sport” agentliyinin məlumatına görə, 44 yaşlı FİFA hakimi milli komandamızın Serbiyaya Bakıda 1:6 hesabı ilə məğlub olduğu görüşü idarə edən avstriyalı hakimlər briqadasında yer alıb. 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki matç ötən ilin oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmyerlisi Tomas Aynvallerin başçılıq etdiyi briqadada yer alan S.Messner həmin matçda ehtiyat hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, Ş.Messnerin təyinat aldığı Azərbaycan – Serbiya matçı həm də milli komandamızın baş məşqçisi Ş.Diniyevin istefa verdiyi oyun kimi futbol tariximizə düşüb.
Qeyd edək ki, Ş.Messnerin təyinat aldığı Azərbaycan – Serbiya matçı həm də milli komandamızın baş məşqçisi Ş.Diniyevin istefa verdiyi oyun kimi futbol tariximizə düşüb.
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
0
0