Ramiz Məmmədov “Qəbələ”nin baş məşqçisi kimi yubileyini qeyd edəcək
09.05.2008 - 11:21
Azərbaycan Premyer Liqasının qarşıdakı turunda keçiriləcək “Qəbələ” - “Gənclərbirliyi” oyununadək meydan sahibləri R.Məmmədovun rəhbərliyi altında 49 qarşılaşmaya çıxıb. Klubun tarixinə ikinci baş məşqçi kimi düşən çalışdırıcı 2006-cı ilin noyabrında Faiq Cabbarovu əvəzləyib. O vaxt “Gilan” adlanan klubun yeni baş məşqçisinin debütü “Gənclərbirliyi” ilə mayın 12-dəki oyunun keçiriləcəyi stadiona təsadüf edib. 2006-cı il noyabrın 4-də Qəbələdə “Olimpik”ı qəbul edən R.Məmmədovun ilk matçı 0:3 hesablı məğlubiyyətlə bitib. Mütəxəssis ilk xalını 6 gün sonra Tovuzda “Turan”la oyunda əldə edib. Noyabrın 21-də ölkə kubokunda da debüt edən çalışdırıcı “Bakı”ya məğlubiyyətlə barışmalı olub. R.Məmmədovun “Gilan”la ilk qələbəsi və ilk qol sevinci iki il əvvəl noyabrın 27-nə təsadüf edib. Klubun baş məşqçisi kimi 4-cü oyununda uğur qazanan mütəxəssisin yetirmələri Qəbələdə “Gənclərbirliyi”ni Vüsal Qarayevin iki qolu ilə məğlub edib – 2:0.
mövsüm | turnir | o | q | h | m | t | x |
2006/07 | çempionat | 16 | 3 | 3 | 10 | 12-30 | 12 |
2006/07 | kubok | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
2007/08 | Çempionat | 23 | 11 | 1 | 11 | 30-29 | 34 |
2007/08 | Kubok | 8 | 3 | 3 | 2 | 10-8 | 12 |
| Cəmi | 49 | 17 | 7 | 25 | 52-70 | 58 |
0
0