Azərbaycan Premyer Liqasının XXIV turunun start görüşündə böyük hesab qeydə alınıb
10.05.2008 - 11:01
Azərbaycan Premyer Liqasının XXIV turunun start görüşündə böyük hesab qeydə alınıb
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan Premyer Liqasının XXIV turu start götürüb. «APA-Sport» agentliyinin məlumatına görə, ilk oyun günündə cəmi bir görüş keçirilib. Çempionatın autsayderi olan Bərdənin ABN klubu Bakıdakı «Şəfa» stadionunda dünən «Standard» komandasının qonağı olub. Görüş paytaxt təmsilçisi üçün prinsipial əhəmiyyət kəsb etməsə də, gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadzenin yetirmələri bərdəlilərin özlərinə çox vacib olan xal qazanmalarına imkan verməyiblər. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri qonaqların qapısından 6 cavabsız top keçiriblər. Bu qələbə sayəsində «Standard» turnir cədvəlində 9-cu pilləyə yüksəlib. ABN-in isə Premyer Liqanı tərk etmək təhlükəsi daha da artıb.

“Standard” – ABN – 6:0

Leonardo Roşa, 10, 66; Xose Qutyerres, 13; Sebastyan Martines, 53, 82; Marius Vintila, 68

Turnir cədvəli

Klub

O

q

h

m

t

x

1

Olimpik

23

16

6

1

27-6

54

2

Neftçi

23

15

6

2

39-17

51

3

İnter

23

15

4

4

45-17

49

4

Xəzər-Lənkəran

23

13

8

2

42-15

47

5

Qarabağ

23

10

6

7

24-16

36

6

Qəbələ

23

11

1

11

30-29

34

7

Simurq

23

9

6

8

28-22

33

8

Bakı

23

7

9

7

29-24

30

9

Standard

24

6

8

10

31-24

26

10

Masallı

23

7

4

12

24-37

25

11

Karvan

23

6

4

13

21-29

22

12

Turan

23

4

5

14

18-42

17

13

Gənclərbirliyi

23

4

1

18

17-60

13

14

ABN

24

2

6

15

12-49

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 16, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.
Növbəti turun oyunları 11-12 mayda keçiriləcək:

11 may

“Masallı” – “Simurq”

Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:1

“Neftçi” – “Xəzər-Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:0

“İnter” – “Turan”
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 4:0

12 may

“Olimpik” – “Karvan”

Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 1:0

“Bakı” – “Qarabağ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1

“Qəbələ” – “Gənclərbirliyi”
Qəbələ. Şəhər stadionu
İlk dövrədəki oyun – 6:0
0