AFFA bəyanat yayıb
12.05.2008 - 17:11
AFFA bəyanat yayıb
AFFA İcraiyyə Komitəsinin (İK) bu il martın 30-da qəbul etdiyi qərarla bu hüququn klublara verildiyini xatırlatmağı lazım bilib: “Ölkəmizdə futbolun təbliğinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəni və Premyer Liqada çıxış edən klubların müraciətlərini nəzərə alan İcraiyyə Komitəsinin qərarı ilə oyunların yayım hüququ ev sahibi olan klublara verilib. Bu qərar Premyer Liqa oyunlarının bir deyil, bir neçə televiziya kanalı vasitəsilə yayımlanmasına və bununla da ölkədə futbolun təbliğinin daha geniş vüsət almasına şərait yaradır. Lakin Premyer Liqada keçirilən bir neçə oyunun yayımlanmamasına AFFA-nın qeyri-qənaətbəxş fəaliyyətinin səbəb olması barədə son zamanlar ictimaiyyət arasında və bəzi mətbu orqanlarda yanlış fikirlər səsləndirilir. Halbuki qeyd etdiyimiz kimi, yayım hüququ meydan sahibi olan komandalara verilib. Bəyan edirik ki, Premyer Liqa çərçivəsində keçirilən oyunların televiziya kanalları vasitəsilə yayımlanmamasına görə heç bir məsuliyyət daşımırıq”. İK-nın qərarı ilə Premyer Liqanın və ölkə kubokunun canlı yayımlanmasının eksklüziv çəkiliş hüquqları ilə bağlı Az.TV ilə müqaviləni birtərəfli şəkildə pozub. Buna səbəb kimi adıçəkilən telekanalın ötən ilin avqustun 1-də bağlanmış anlaşmanın şərtləri icraçı tərəfindən lazımi səviyyədə yerinə yetirilməməyi göstərilib.
Qeyd edək ki, hesabat turu çərçivəsində mayın 11-də saat 20:00-da başlayan “Neftçi” – “Xəzər-Lənkəran” oyununun Az.TV ilə canlı yayımlanacağı bəyan edilsə də, bu baş verməyib.
0