Valentin Xodukin: “Olimpik” - “Karvan” matçında futbol yox, komediya oynanıldı”
13.05.2008 - 10:56
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Azərbaycan Premyer Liqasının hesabat turunda “Olimpik”in “Karvan”ı məğlub etməsindən (2:0) sonra liderdən artıq 5 xal geridə qalan “İnter”in ukraynalı çalışdırıcısı çempionluğa ümidini itirmədiyini bildirib: “Çempionluğun əldən getməsi ilə barışmamışıq. Ancaq “Olimpik”in “Karvan”la görüşündən sonra daha heç nə gözləmirik. Digər rəqiblərimizin son iki matçda necə oynayacağı da bizi maraqlandırmır. Öz oyunlarımız haqda düşünürük. Hesab edirəm ki, son iki turda ciddi sınaq qarşısında olacağıq. Bizi yaralı “Gənclərbirliyi” və güclü “Qəbələ” ilə oyunlar gözləyir. Hazırda 2-ci yerdə olduğumuzu və ölkə kubokunun finalına da çıxdığımızı nəzərə alsaq, UEFA kubokuna vəsiqəni əldən buraxmamalıyıq”.
Qeyd edək ki, “İnter” ən yaxın izləyicilərindən “Neftçi”ni 1, “Xəzər-Lənkəran”ı 2 xal qabaqlayır.
Qeyd edək ki, “İnter” ən yaxın izləyicilərindən “Neftçi”ni 1, “Xəzər-Lənkəran”ı 2 xal qabaqlayır.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0