“Olimpik” dünyanın ən az qol buraxan 3-cü klubudur
13.05.2008 - 15:15
“Olimpik” dünyanın ən az qol buraxan 3-cü klubudur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının lideri “Olimpik” dünyanın ən az qol buraxan klubları sırasındadır. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının 24 matçında cəmi 6 qol buraxan Bakı təmsilçisinin nəticəsi beynəlxalq arenada da diqqətdən yayınmayıb. Dünyanın 85 ölkəsinin 124 liqasına əsasən tərtib olunan cədvəldə “Olimpik” bu göstəricidə yalnız iki komandadan geri qalır. Hər oyuna orta hesabla 0,25 top buraxan bakılıları Tunisin “Klab Afrikan” (16 oyun, 2 qol, hər oyuna 0,12) və Moldovanın “Şerif” klubları (29 oyun, 7 qol, hər oyuna 0,24) qabaqlayır.
Ən çox qol buraxan 30 komanda siyahısında da Azərbaycan klubu yer alıb. Hər oyunda orta hesabla 2,51 top buraxan “Gənclərbirliyi” yalnız 18 klubla müqayisədə müdafiəsi ilə öyünə bilər.
0