Keçmiş SSRİ-nin ən məhsuldar müdafiəçisi azərbaycanlıdır
15.05.2008 - 11:14
Keçmiş SSRİ-nin ən məhsuldar müdafiəçisi azərbaycanlıdır
Azərbaycan və İran çempionatlarının güclülər dəstəsində keçirdiyi 285 qarşılaşmada buna nail olan R.Məmmədov yalnız 32 müdafiəçidən geri qalır. Sabiq futbolçunun arxada qoyduğu oyunçular arasında tanınmış arxa xətt oyunçularından Roberto Karlos, Georgi Popesku və Andreas Breme kimi oyunçular da var. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bu gün açıqladığı siyahıda 50 və daha çox qol vuran 80 müdafiəçi yer alıb. R.Məmmədov bu siyahıda təkcə Azərbaycanın deyil, postsovet məkanının yeganə təmsilçisidir. Dünyanın ən məhsuldar müdafiəçisi olan Ronald Kuman (Hollandiya) 193, ən yaxın izləyiciləri Daniel Passarella (Argentina) 134, Fernando Yerro (İspaniya) 110 qol vurub.
0