Nizami Ocaqverdiyev: “Bizə bir xal da bəs edər”
16.05.2008 - 16:46
Nizami Ocaqverdiyev: “Bizə bir xal da bəs edər”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Standard”la görüşdə ən azı bir xal qazanmaq vəzifəsini həll etməliyik. Düşünürəm ki, heç-heçə də bizim Premyer Liqada qalmağımız üçün bəs edər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Tovuzun “Turan” klubunun məşqçisi Nizami Ocaqverdiyev deyib. Qərblilər Azərbaycan Premyer Liqasında yerini təmin etmək üçün qarşıdakı turda məğlub olmamaqla yanaşı, “Gənclərbirliyi”nin “İnter”ə uduzmağına ümid etməlidir. “Turan”ın çalışdırıcısı heyətdə itkilərin olmasına baxmayaraq vəzifənin öhdəsindən gələcəklərini düşünür: “Bu matça ciddi hazırlaşırıq. Düzdür, bu futboldur və hər şey ola bilər. Amma inanmıram ki, “Gənclərbirliyi” “Turan”dan xal alsın. Ona görə də bizim qazanacağımız bir xal son tur ərəfəsində problemimizin həllini rəsmiləşdirəcək”.
0