Azərbaycan voleybol yığması Avropa çempionatının ikinci seçmə oyununda da məğlub olub
18.05.2008 - 11:10
Azərbaycan voleybol yığması Avropa çempionatının ikinci seçmə oyununda da məğlub olub
Rotterdam. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın kişilərdən ibarət voleybol yığma komandası Hollandiyanın Rotterdam şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında ardıcıl ikinci məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, B qrupunda yer alan Sahib Əliyevin rəhbərlik etdiyi komanda 2-ci turda Sloveniyaya 0:3 hesabı ilə uduzub. Yığmamız ilk turda meydan sahiblərinə bu hesabla yenilib. Qrupda keçirilən digər görüşdə Hollandiya Latviya üzərində 3:0 hesablı qələbə qazanıb. Yığmamız 3-cü turda bu gün latviyalılarla görüşəcək. Turnirin ikinci dövrəsi isə mayın 30-dan iyunun 1-dək Sloveniyanın Maribor şəhərində keçiriləcək. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Qeyd edək ki, 2-ci yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.
0