“Bakılı” klubu yeni rekord müəyyənləşdirib
                    
                    19.05.2008 - 10:22
                        
                    
                        
                        Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakılı” klubu yeni rekord müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi üçüncü dəfə Azərbaycan Premyer Liqasına yüksələn ilk klub olub. Birinci divizionda keçirilən pley-off mərhələsində son tur ərəfəsində ilk iki yerdən birini təmin edən “Bakılı” 2008/09 mövsümündə Premyer Liqada çıxış edəcək. 1996/97 və 2001/02 mövsümlərində də aşağı dəstədə uğurla çıxış edən bakılılar hər iki halda Premyer Liqada iki il mübarizə aparmışdı. Sonuncu dəfə 2004/05 mövsümündə güclülər dəstəsini tərk edən “Bakılı” 3-cü cəhddən geri qayıtmağa müvəffəq olub. 
Premyer Liqaya ikinci vəsiqəyə ən real namizəd MOİK klubudur. Bu komanda da indiyədək iki dəfə - 1994/95 və 2000/01 mövsümlərində birinci divizionun qaliblərindən olub.
                    Premyer Liqaya ikinci vəsiqəyə ən real namizəd MOİK klubudur. Bu komanda da indiyədək iki dəfə - 1994/95 və 2000/01 mövsümlərində birinci divizionun qaliblərindən olub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                             
                                             
                                            