“Neftçi” klubunun azarkeşləri Əkbər Hacıyevlə görüşmək istəyirlər
19.05.2008 - 11:00
“Neftçi” klubunun azarkeşləri Əkbər Hacıyevlə görüşmək istəyirlər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” klubunun azarkeşləri komanda prezidenti Əkbər Hacıyevə şikayət etmək fikrindədir. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyun azarkeşlərin narazılığına səbəb olub. Matç bitdikdən sonra flaqmanın fanatları bir araya gələrək uğursuz nəticə və məzmunsuz oyunu müzakirə ediblər. “Neftçi”nin aprel-may aylarında keçirdiyi 8 görüşdə yalnız bir qələbə qazanması ilə barışa bilməyənlər klub prezidentinin qəbuluna düşmək qərarına gəlib. Azarkeşlər uğursuzluqların məntiqi nəticəsi olaraq ciddi islahatların aparılmasının tərəfdarıdır.
0