Azərbaycan Premyer Liqasının klubları 900 manat cərimələnib
20.05.2008 - 10:28
Azərbaycan Premyer Liqasının klubları 900 manat cərimələnib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 11 klubu ümumilikdə 900 manat məbləğində cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, çempionatın XXV turunda futbolçularının aldıqları sarı vərəqələr yalnız 3 komandanı ziyana salmayıb. “Neftçi”, “Turan” və “Gənclərbirliyi” istisna olmaqla, digər Premyer Liqa təmsilçiləri ən azı bir futbolçusuna görə AFFA-ya para ödəyəcək. Belə ki, 18 oyunçu mövsüm ərzində ən azı 4-cü dəfə xəbərdarlıq aldığından onların hər biri 50 manat məbləğində cərimə olunub. “Masallı”, “Qəbələ”, “Karvan” 3, “Qarabağ” isə 2 vərəqə üçün xərcə düşüb. Digər 7 komanda – “Simurq”, “Xəzər-Lənkəran”, “Olimpik”, “Bakı”, “Standard”, ABN və “İnter” isə yalnız bir futbolçusunun qarşısında gördüyü vərəqə üzündən para ödəyəcək.
0