Ələddin Ağai AFFA-dan uzaqlaşdırılıb
20.05.2008 - 12:08
Ə.Ağai qurumun prezidenti Rövnəq Abdullayevlə görüşmək istəsə də, bu, qeyri-müəyyən səbəbdən mümkün olmayıb: “Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra onunla görüşmək niyyətim var idi. Lakin müxtəlif səbəblər üzündən görüşümüz baş tutmadı”. Hazırda işsiz olduğunu deyən Ə.Ağai gələcəkdə idman sahəsində işləyib-işləməyəcəyinin müəyyənləşmədiyini vurğulayıb.
Ə.Ağai AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin təşəbbüsü ilə 2007-ci il fevralın 1-də assosiasiyada çalışmağa razılıq vermişdi. Öncə prezidentin müşaviri olan Ə.Ağai sonra baş katibin səlahiyyətlərinin müvəqqəti icraçısı, ardından baş katibin müavini vəzifələrini icra edib. O, bu il martın 6-da Təhlükəsizlik və İnfrastruktur üzrə koordinator təyin olunmuşdu.
Xatırladaq ki, ötən il oktyabrın 30-da dünyasını dəyişmiş Ramiz Mirzəyevin komandasından hazırda AFFA iki şəxs – baş katib Elxan Məmmədov və mətbuat katibi Mikayıl Quliyev qalıb. R.Mirzəyevin vəfatından sonra onun ən yaxın adamları kimi tanınan Fuad Əsədov, Vidadi Əhmədov, Kazbek Tuayev və Tahir Nəbiyev istefa ərizəsini yazmışdılar.

- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0