“Qarabağ” liberiyalı futbolçu ilə vidalaşacaq
26.05.2008 - 10:52
“Qarabağ” liberiyalı futbolçu ilə vidalaşacaq
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Ağdamın “Qarabağ” klubu 22 yaşlı yarımmüdafiəçisi İsaak Pupo ilə yollarını ayıracaq. “APA-Sport” agentliyinin məlumatına görə, komandası ilə bir illik müqaviləsi başa çatmaqda olan liberiyalı futbolçu mayın 28-də keçiriləcək son turun oyunundan sonra Azərbaycanı tərk edəcək. İ.Puponun hazırda Türkiyədə olan meneceri yarımmüdafiəçinin bu ölkə klublarından birinə keçidində maraqlıdır. Cari mövsümdə ikisi ölkə kubokunda olmaqla, “Qarabağ”ın heyətində 25 oyun keçirən liberiyalı bu qarşılaşmalarda 1 qol vurub. Ağdamlılar digər legionerlərdən Qoqa Beraya ilə də yollarını ayırmaq istəyir. Cari mövsüm 21 matça çıxan gürcüstanlı ilə müqavilənin uzadılmayacağı söylənilir. Yeni mövsümdə də komandanın sıralarında ola biləcək Viktor İbokoyinin hələ bir illik anlaşması varsa, Mamadouba Soumahla bitən müqavilənin uzadılmasını klub rəhbərliyi istəyir.
Qeyd edək ki, İ.Pupoyadək “Qəbələ” ilə razılıq əldə edən Kənan Kərimovun da komandadan gedəcəyi dəqiqləşmişdi.
0