Böyükağa Hacıyev: “Naxçıvanın ən populyar futbolçusu olmuşam, mənə istənilən klubdan dəvət gələ bilər”
02.06.2008 - 11:55
Əslən naxçıvanlı Əkbər Hacıyevin “Neftçi” klubuna prezident seçilməsindən sonra təyinatı müzakirə obyektinə çevrilən 50 yaşlı mütəxəssis həmyerlilərinin çoxu ilə tanış olduğunu gizlətmir: “Naxçıvanın ən populyar futbolçusu olmuşam. Ancaq bu, tanışlıq hesabına vəzifəyə gəlmək niyyətimdən xəbər vermir. Məsləhət olsa, çağırıb, müzakirə aparılacaq. Bildiyimə görə, “Neftçi” klubunun baş məşqçi Anatoli Demyanenko ilə uzun müddətlik müqaviləsi var. Ona işlərində uğurlar və İntertoto kubokunda ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”.
Ölkədən kənarda işləmək fikrində olmayan B.Hacıyevin sözlərinə görə, “Neftçi” klubunun vitse-prezidenti postunda Ramin Musayevin əvəzləməsi də gündəmdə deyil: “Mənə istənilən klubdan təklif gələ bilər və bunu reallaşdırmağa çalışacağam. Ancaq təbii ki, mənə sərf edən şərtlərin müqabilində. Kor-təbii harasa gedib, nüfuzuma xələl gətirməyəcəyəm”.
Azərbaycan Peşəkar Futbol Liqasına prezident seçiləcəyi gündəmdə olan R.Musayev isə “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubundan getmədiyini bildirib: “Fəaliyyətimi davam etdirirəm və Böyükağa Hacıyevin məni əvəzləməsi xəbəri doğru deyil”.

0
0