Azərbaycan Premyer Liqası tarixində kim ən çox qol vurub?
04.06.2008 - 12:53
Azərbaycan Premyer Liqası tarixində kim ən çox qol vurub?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu olan Xaqani Məmmədov ölkə çempionatları tarixində ən çox qol vuran oyunçular arasında ilk “onluğ”a daxil olub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının və “İnter” klubunun 32 yaşlı hücumçusu indiyədək Premyer Liqada 92 qol vurub. İlk dəfə 15 il əvvəl – 1993-cü ildə qol sevinci yaşayan X.Məmmədov karyerasını davam etdirən oyunçular arasında birinci pillədə qərarlaşıb. Ölkə çempionatında 100 qol həddinə çatmağa real namizəd olan hücumçu bu siyahıda birinci olan Nazim Əliyevdən təxminən iki dəfə az top vurub. 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız 30 futbolçu 50 qol həddini aşa bilib. Bu 30 oyunçu arasında yalnız bir legioner futbolçu var ki, o da hazırda “Standard” klubunda çalışan Badri Kvaratsxeliyadır.

Azərbaycan Premyer Liqasında (1992-2008) 50 və daha çox qol vuran futbolçuları:

1. Nazim Əliyev 183 top
2. Müşfiq Hüseynov 125
3. Rövşən Əhmədov 116
4-5. Qurban Qurbanov 115
Samir Ələkbərov 115
6. Alay Bəhramov 108
7. Musa Qurbanov 94
8. Vadim Vasilyev 93
9. Xaqani Məmmədov 92
10. Kənan Kərimov 90
11. Fazil Pərvərov 89
12. Nadir Nəbiyev 88
13. İmamyar Süleymanov 85
14. Samir Musayev 83
15-16. Paşa Əliyev 82
Fərrux İsmayılov 82
17. Samir Əliyev 79
18-19. Azər İsayev 73
İlham Məmmədov 73
20-21. Badri Kvaratsxeliya 72
İsmayıl Məmmədov 70
22-24. Mahir Əliyev 66
Yunis Hüseynov 66
Zaur Ramazanov 66
25. Vidadi Rzayev 65
26. Mahmud Qurbanov 62
27. Ramiz Məmmədov 61
28. Vüqar Qəmbərov 52
29. Mehman Baxışov 51
30. Yalçın Bağırov 50
0