“Neftçi” - “Nitra” görüşünü polşalı FİFA hakimi Marçin Borski idarə edəcək
04.06.2008 - 16:53
İyunun 21-i saat 21:00-da başlayacaq görüşdə 35 yaşlı hakimə kömək edəcək həmyerlilərinin adları hələlik açıqlanmır. M.Borskiyə qiymət verəcək hakim inspektor Şimali İrlandiyadan olacaq. Bu, 35 yaşlı polşalı FİFA hakiminin kuratoru Alan Snoddidir. Keçmiş hakim olan britaniyalı 12 il əvvəl iyunun 2-də Azərbaycan yığmasının Norveçlə səfər (0:5) görüşünü idarə edib. İki il sonra sentyabrın 5-də Slovakiya – Azərbaycan (3:0), 2000-ci il oktyabrın 11-də Azərbaycan – Türkiyə (0:1) matçlarını da A.Snoddiyə tapşırılıb.
0
0