“Qalatasaray” Muslera ilə müqaviləni yenilədi
30.12.2013 - 07:33
“Qalatasaray” Muslera ilə müqaviləni yenilədi
“Qalatasaray” uruqvaylı qapıçısı Fernando Muslera ilə müqaviləni yeniləyib. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun idarə heyətinin üzvü Lütfi Arıboğan “Kanaltürk”ə açıqlamasında məlumat verib.

Arıboğan yeni sözləşməni belə şərh edib: “Muslera ilə müqavilənin vaxtını uzatdıq. Sözləşmənin detalları ilə bağlı yaxın vaxtlarda məlumat verəcəyik”.

Qeyd edək ki, Uruqvay millisinin də üzvü olan 27 yaşlı qolkiper 2011-ci ildə İtaliya təmsilçisi “Latsio”dan “Qalatasaray”a keçib, İstanbul klubu ilə 5 illik müqavilə imzalamışdı.