Bakının “Neftçi” klubu dünya çempionunu icarəyə götürüb - YENİLƏNİB
06.06.2008 - 16:12
Bakının “Neftçi” klubu dünya çempionunu icarəyə götürüb - YENİLƏNİB
Ukrayna səfərindən qayıdan A.Demyanenko ilə birgə komandaya daha bir futbolçu gəlib. Bakılıların heyətinə cəlb etdiyi Oleq Gerasimyukun ampluası yarımmüdafiəçidir. 2005-ci ildən Kiyev “Dinamo”sunda olan 22 yaşlı futbolçu Ukraynanın 19 və 21 yaşlılardan ibarət yığma komandalarında çıxış edib və dünya çempionu titulunu daşıyır. O, bu uğuru ötən ilin avqustunda Tailandda qazanıb. Belə ki, “Neftçi”nin yeni transferi tələbələrin Universiadasında dünya çempionu olan Ukrayna yığmasının heyətində yer alıb.
Son mövsümdə əvəzedici heyətdə olan O.Gerasimyuk Ukrayna çempionatının güclülər dəstəsində 43 oyuna 2, birinci dəstədə çıxış edən “Dinamo-2”nin heyətində 14 oyuna 1 qol vurub. “Neftçi” Kiyev “Dinamo”suna məxsus olan oyunçunu gələcəkdə transfer hüquqlarına almaq hüququ ilə yarım illik icarəyə götürüb.
0