Futbolun inkişafına dair Dövlət Proqramı ilə əlaqədar növbəti hesabat hazırlanır
06.06.2008 - 16:00
Futbolun inkişafına dair Dövlət Proqramı ilə əlaqədar növbəti hesabat hazırlanır
Bakı. Aqşin Əliyev - APA-Sport. “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı” ilə əlaqədar növbəti hesabat hazırlanır. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinə təqdim olunacaq hesabatda 2008-ci ilin ilk yarısında görülmüş işlər barədə qeydlər əksini tapacaq. Artıq bununla bağlı müvafiq qurumlara məktub göndərildiyini deyən sektor müdiri hesabatın iyulun 10-dək hazırlanacağın vurğulayıb: “AFFA, Təhsil Nazirliyi və rayon icra hakimiyyəti orqanlarına məktub yollamışıq. Bu qurumlardan cari ilin ilk yarısında həyata keçirilmiş tədbirlərə aid məlumatlar alacağıq. Daha sonra iyulun 10-dək hesabatı hazırlayıb Nazirlər Kabinetinə göndərəcəyik”.
Qeyd edək ki, Dövlət Proqramı 2005-ci il oktyabrın 10-da qəbul olunub.
0