Azərbaycan qadın futbolçulardan ibarət milli komandası FİFA reytinqində iki pillə irəliləyib
07.06.2008 - 11:46
Azərbaycan qadın futbolçulardan ibarət milli komandası FİFA reytinqində iki pillə irəliləyib
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. FİFA qadın futbolçulardan ibarət milli komandaların növbəti reytinqini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın qadınlardan ibarət milli komandası bu siyahıda iki pillə irəliləyib. ABŞ, Almaniya və İsveç yığmalarının ilk üç yerdə olduğu reytinq cədvəlində millimiz 65-ci yerdə qərarlaşıb. Üç ay əvvəl 67-ci olan komanda xal hesabını da iki xal artıraraq 1361-ə çatdırıb. Qeyd edək ki, qadın yığmalarının reytinqi 3 aydan bir hesablanır.
0