Xalilu Fadiqa: “Neftçi” ilə 1:1 hesablı nəticə pis deyil”
07.07.2008 - 10:42
Xalilu Fadiqa: “Neftçi” ilə 1:1 hesablı nəticə pis deyil”
Onun komanda yoldaşı, penaltini qola çevirə bilməyən Didye Didene isə çox üzülüb: “Karyeramda ilk dəfədir penalti şansını qaçırıram. İndiyədək 20-yə yaxın qolu 11 metrlikdən vurmuşam. Hamı mənim qol vuracağıma əmin idi. Hətta Fadiqa da topu mənə verdi. Çünki penaltiləri onlar vurmur. Futbolda belə şeylər də olur”.
Digər yarımmüdafiəçi Pol Kpaka isə komandasının baş məşqçisi Arm van Veldhovenin taktiki sxemindən narazı qalıb: “Mən meydanın mərkəzində oynamağa adət etmişəm. Cinahda çıxış etmək mənim üçün çox çətindir. “Neftçi” ilə matç mənim üçün axtarış gecəsi idi. Oyunumu tapmaq istəyirdim. Ən azı bunu etməyə çalışırdım”.
Belçikalıların qapıçısı Kristof Maes isə əsas komandadakı ilk oyunundan razı qalıb: “Bir tərəfdən əsas komandada debüt etməyimə sevinirəm. Digər tərəfdən isə qalib gələ bilməməyimizə görə çox məyusam. Qol buraxdığım epizodda top qapı xəttini keçib-keçmədiyini deyə bilmərəm. Bunu yalnız təkrara baxdıqdan sonra demək mümkündür”.
0