Mişel Platini: “Azərbaycana köməklik edəcəyimiz istisna deyil”
07.07.2008 - 11:08
Mişel Platini: “Azərbaycana köməklik edəcəyimiz istisna deyil”
FA İcraiyyə Komitəsinin iclasında legioner limiti ləğv edildi. UEFA-nın bu məsələ ilə bağlı mövqeyi necədir?
- Bu, çox çətin sualdır. Dünyanın digər ölkələri ilə müqayisədə, Avropada limitlə bağlı məsələ daha qəlizdir. Biz belə bir qərar qəbul etmişdik ki, yerli oyunçuların maraqlarını nəzərə alaq. Bir çox ölkələrdə legionerlərə limit tətbiq edilmir. Bu, UEFA prezidentinin deyil, yerli assosiasiyanın müəyyənləşdirdiyi məsələdir.
- Lənkəranda hava limanı olmadığı halda, “Xəzər-Lənkəran” UEFA kuboku çərçivəsində rəqiblərini orada qəbul edə bilərmi?
- UEFA-nın əvvəlcədən müəyyən edilmiş qaydaları var və üzv ölkələr bu qaydalara riayət etməlidir. Ola bilər ki, bu xoş olmayan qaydadır, amma onu mövsümün əvvəlində dəyişmək olmaz.
- UEFA-nın Azərbaycanla bağlı daha nə kimi layihələri var?
- UEFA-nın əsas işi Avropadakı milli assosiasiyalara köməklik göstərməkdir. Məsələn, Azərbaycanda iki binanın - AFFA-nın inzibati binasının və futbol akademiyasının tikintisi üçün tərəfimizdən vəsait ayrılıb. Bu binalardan birinin inşaatı başa çatıb, digərinin tikintisi isə davam edir. Ola bilər ki, gələcəkdə texniki proqramların həyata keçirilməsində köməklik edək. Unutmayın ki, UEFA tikinti işi ilə məşğul olan partnyor deyil.
- Avropa çempionatında həm oyunçu, həm də UEFA prezidenti kimi iştirak etmisiniz. Təəssüratlarınız necədir?
- Mən əvvəllər həm oyunçu, həm də məşqçi kimi Avropa çempionatında iştirak etmişdim. Bu il isə UEFA prezidenti kimi iştirak etdim. Gündən-günə qocalıram. Sonuncu Avropa çempionatında iştirak edən ölkələrin komandalarına, təşkilatçılara və yarışın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Qitə birinciliyinin mahiyyəti budur: baxımlı oyun nümayiş etdirən komanda daha irəli gedir.
0