“Olimpik” klubunun sabiq futbolçusu Yunanıstan çempionatında oynayacaq
07.07.2008 - 11:21
“Olimpik” klubunun sabiq futbolçusu Yunanıstan çempionatında oynayacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubundan ayrılan İlami Halimi Yunanıstan çempionatında çıxış edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya milli komandasının sabiq yarımmüdafiəçisi “Kastoriya” klubu ilə müqavilə bağlayıb. Yunanıstan çempionatının birinci dəstəsində çıxış edəcək İ.Halimi yeni klubu ilə bir illik anlaşıb. Bu ilin yanvarında makedoniyalı futbolçu ilə müqavilə bağlayan “Olimpik” ötən ay anlaşmanı uzatmamağa qərar vermişdi.
Qeyd edək ki, İ.Halimi Azərbaycan çempionatının güclülər dəstəsində 5 oyun keçirib.
0