Sabah MOİK-in yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq
07.07.2008 - 16:30
Sabah MOİK-in yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyi sabah mətbuat konfransı keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, MOİK-in rəisi, polkovnik Natiq Əliyevin jurnalistlərlə görüşündə komandanın yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq. Ordu klubunu Qəhrəman Əliyevin çalışdıracağı artıq dəqiqləşib. Vaxtilə “Şəmkir”, “Viləş” və “Masallı” klublarında işləmiş Q.Əliyev baş məşqçi postunda Ramil Əliyevi əvəzləyib. Mətbuat konfransında yeni mövsümün hazırlıqları barədə danışılacaq. Həmçinin, həqiqi hərbi xidmətdən yayınan futbolçuların məsələsinə toxunulacaq. MOİK-in bazasında təşkil olunacaq toplantı saat 13:00-də başlanacaq.
0