“İnter” klubu Çempionlar Liqasında iştirak ərizəsini UEFA-ya göndərib
07.07.2008 - 17:20
“İnter” klubu Çempionlar Liqasında iştirak ərizəsini UEFA-ya göndərib
Ukraynalı mütəxəssis Çempionlar Liqasının birinci təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubu ilə ilk oyunadək iştirak ərizəsində dəyişikliyin mümkün olduğunu söyləyib: “Makedoniya çempionu ilə iyulun 15-də Bakıda keçiriləcək oyuna bur sutka qalmışadək iştirak ərizəsində əlavə və dəyişiklik edə bilərik. Sərəncamımızda olan oyunçuların sayı UEFA-nın sifariş vərəqində nəzərdə tutduğu maksimum saydan, yəni 25-dən çoxdur. Belə olan halda, seçim etməli oluruq. UEFA-nın tələbinə görə, yaşı 21-dən artıq olmayan ən azı 4 futbolçunu sifariş etməliyik. Bunlar yığma üzvləri Asif Məmmədov, Elvin Məmmədov, Nizam Hacıyev və Cavid Hüseynovdur. Komandamızın üzvləri olan qapıçı Fuad Əhmədovla müdafiəçi Şəhriyar Rəhimovun da yaşı 21-dən aşağıdır. Bundan əlavə, iştirak ərizəsində ən azı 4 yerli futbolçunun da olması şərtdir”. V.Xodukin 25-ci yeri bilərəkdən boş qoyduqlarını söyləyib: “İlk oyunadək daha bir futbolçu sifariş etməyimiz mümkündür. Hücumçu axtarışını davam etdirsək də, Türkiyədəki hazırlıq prosesinə yeni legionerin gəlişi gözlənilmir. 25-ci futbolçu ilə bağlı qərarı Bakıya qayıtdıqdan sonra verəcəyik. Hələlik son transferimiz serbiyalı Marko Petriçdir. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən 25 yaşlı bu futbolçu son 7 ildə Belçikada çıxış edib”.

Qapıçılar: Svilen Semyonov, Junior Vilson, Elxan Həsənov.

Müdafiəçilər: Samir Abbasov, Vladimir Levin, Milan Zaqorats, Əliyar İsmayılov, Xəyal Mustafayev, Danillo Assioli, Marko Petriç.

Yarımmüdafiəçilər: Emin İmaməliyev, Mahmud Qurbanov, Elvin Məmmədov, Qoran Arnaut, Bronislav Çervenka, Petar Zlatinov, Valentin Belkeviç, Oleq Şişkin, Nizami Hacıyev.

Hücumçular: Xaqani Məmmədov, Valter Quqlemon, Roman Quello, Cavid Hüseynov, Asif Məmmədov.
0