“Qarabağ” Makedoniya yığmasının müdafiəçisini baxışa çağırıb
07.07.2008 - 17:31
“Qarabağ” Makedoniya yığmasının müdafiəçisini baxışa çağırıb
Qızılcahamam. Mehman Süleymanov - APA-Sport. Türkiyədə hazırlığını davam etdirən “Qarabağ” klubu daha iki yeni legioneri baxışa çağırıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın türkiyəli baş məşqçisi Rasim Kara 4 həmyerlisindən sonra makedoniyalı və bolqarıstanlı futbolçuları sınayacaq. Bunlar Zekeriyyə Ramzani ilə Rayço Rayevdir. 28 yaşlı Z.Ramzani son müdafiəçi mövqeyində çıxış edir. “Qarabağ”ın yeni transferi Artim Şakiri kimi, Makedoniya milli komandasında çıxış edən arxa xətt oyunçusu yığmada 21 oyun keçirib. 24 yaşlı bolqarıstanlı hücumçu R.Rayev isə Portuqaliyada çıxış edib. Komandanın Qızılcahamamdakı təlim-məşq toplanışına yaxın günlərdə daha bir neçə legioner qoşulacaq. R.Kara yeni futbolçuların planlaşdırdığı 5 yoxlama oyununda sınayacaq. Gürcüstan təmsilçisi “Zestafoni” və Türkiyənin Super liqasında çıxış edən “Kayserispor”la görüşəcək “Qarabağ” “Əskişəhərspor”la da yoxlama oyununu keçirməyi razılaşdırıb. Qeyd edək ki, komandamız Türkiyə super liqasına bu il vəsiqə qazanan komanda ilə iyulun 12-də qüvvəsini sınayacaq.


0