Azərbaycan milli komandası Türkiyəyə təlim-məşq toplanışına gedir
08.07.2008 - 12:00
Azərbaycan milli komandası Türkiyəyə təlim-məşq toplanışına gedir
Bakı. Aqşin Əliyev - APA-Sport. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda Macarıstan, San-Marino və Şotlandiya ilə qarşılaşacaq 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması iyulun 15-dən 24-dək Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, milli komandamız toplanış ərzində bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
0