Azərbaycan yığması Avstriyada keçirilən beynəlxalq turnirin yarımfinalına yüksəlib
08.07.2008 - 14:08
Azərbaycan yığması Avstriyada keçirilən beynəlxalq turnirin yarımfinalına yüksəlib
Vels. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşınadək futbolçulardan ibarət yığma komandası Avstriyanın Vels şəhərində təşkil olunan “Yuxarı Avstriya kuboku” uğrunda beynəlxalq turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Macarıstanın “Qrund” komandası ilə qarşılaşan yığmamız yenə böyük hesablı qələbə qazanıb - 5:0. Komandamızdan Araz Abdullayevlə Elnur Abdulov hərəyə iki, Məhəmməd Qurbanov isə bir qol vurub. Almaniyalı mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmamız turnirdə ilk oyunda İtaliyanın A.S “Korlo” klubunu 5:2 hesabı ilə məğlub edib. Beləliklə, komandamız iyulun 12-də yekunlaşacaq beynəlxalq turnirin yarımfinalına yüksəlib.
0