UEFA “Xəzər-Lənkəran” - “Lex” matçının Lənkəranda keçirilməsinə razılıq verməyib
08.07.2008 - 15:20
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” klubunun avrokubokların cari mövsümündə də ev oyunlarını Lənkəran şəhər stadionunda keçirə bilməyəcəyi rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumu komandamızın UEFA kubokunun ilkin təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə iyulun 17-də keçirilməsi nəzərdə tutulan görüşün Bakıda baş tutacağını rəsmən açıqlayıb. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:00-da, iki həftə sonra Poznan şəhərində keçiriləcək cavab görüşü isə Bakı vaxtı ilə 23:45-də start götürəcək.
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0