Emin Quliyevi meydandan qovan hakim yenə “Xəzər-Lənkəran”ın oyununa təyinat alıb
08.07.2008 - 15:31
Emin Quliyevi meydandan qovan hakim yenə “Xəzər-Lənkəran”ın oyununa təyinat alıb
İyulun 17-də keçiriləcək “Xəzər-Lənkəran” - “Lex” matçını Kalum Murray idarə edəcək. 2006-cı ildən FİFA hakimi olan 29 yaşlı K.Murraya həmyerliləri Vilyam Konqur, Jon Biknel və David Somers yardımçı olacaq.
“Xəzər-Lənkəran”ın iyulun 31-də Polşada keçirəcəyi cavab görüşünə Meyr Levi baş hakim təyin edilib. Onun başçılıq etdiyi israilli hakimlər briqadasında Abed Alramili, Eval Şaron və Liran Vaksberger yer alıb. 2000-ci ildən FİFA hakimi olan 40 yaşlı M.Levi “Xəzər-Lənkəran”a yaxşı tanışdır. Belə ki, israilli Ağasəlim Mircavadovun komandasının ötən mövsüm Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Zaqrebin “Dinamo” klubu ilə Bakıdakı görüşünü idarə edib. 1:1 hesabı ilə başa çatan həmin matçda “Xəzər-Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Kostadin Cambazova sarı vərəqə göstərən M.Levi Emin Quliyevi meydandan qovub. Nəticədə UEFA-nın beş oyunluq cəzasına məruz qalan E.Quliyev komandasına ikinci mərhələyə çıxacaqları halda da kömək edə bilməyəcək.
0