“Olimpik” - “İnter” matçı Zöhrab Qədiyevə tapşırıldı
07.08.2008 - 12:15
“Olimpik” - “İnter” matçı Zöhrab Qədiyevə tapşırıldı
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun təyinatlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, turun mərkəzi oyunu olan “Olimpik” – “İnter” görüşünü idarə etmək sabiq FİFA hakimi Zöhrab Qədiyevə etibar olunub. Bu, ötən mövsümün sonunda bağışlanaraq, hakimliyə qayıdan 44 yaşlı Z.Qədiyevin üç illik cəzadan sonra ilk ciddi sınağı olacaq.

9 avqust
“Bakılı” – “Qarabağ

Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Elman Musayev, Azad Ə.Hüseynov, Rauf Cabbarov

“Standard” – “Neftçi”
Baş hakim: Anar Niyazov
Hakim-köməkçiləri: Eldar Nağıbəyov, Azad Q.Hüseynov, Elçin Məmmədov

“Qəbələ” – NBC
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Arif Ağayev, Elşən Durmuşov, Rövşən Əhmədov

10 avqust
“Karvan” – “Xəzər-Lənkəran”

Baş hakim: Babək Quliyev
Hakim-köməkçiləri: Azər Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov

“Olimpik” – “İnter”
Baş hakim: Zöhrab Qədiyev
Hakim-köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Anar Salmanov

“Bakı” – “MOİK”
Baş hakim: Rasim Məmmədov
Hakim-köməkçiləri: Ramiz Əsədov, İlham Əliyev, İmanxan Sultani

“Simurq” – “Turan”
Baş hakim: Hacıəli Ağayev
Hakim-köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev, Elçin Səmədli


0