Azərbaycan yığmasının heyəti açıqlanıb
07.08.2008 - 15:42
Azərbaycan yığmasının heyəti açıqlanıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) Latviya ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert avqustun 20-də Riqada keçiriləcək oyuna 22 futbolçu çağırıb. Bu, U-21-nin seçmə mərhələ oyunları öncəsi son sınaq olacaq. B.Lippertin komandası sentyabrın 6-da Farer adaları ilə Bakıdakı, bundan dörd gün sonra Albaniya ilə səfər oyunu ilə Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vuracaq.

Qapıçılar: Osman Umarov (“Qarabağ”), Elçin Sadıqov (“Neftçi”).

Müdafiəçilər: Maksim Medvedev, Timur İsrafilov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Tural Nərimanov (“Karvan”), Səbuhi Həsənov (“Bakı”), Vurğun Hüseynov (“Turan”).

Yarımmüdafiəçilər: Elnur Abdullayev (“Bakı”), Tagim Novruzov, Əfran İsmayılov (hər iki “Qarabağ”), Əziz Quliyev (“Karvan”), Elvin Məmmədov (“İnter”), Emin Ağaməmmədli (“Neftçi”), Arif Daşdəmirov (“Olimpik”), Rövşən Əmiraslanov (MOİK)

Hücumçular: Vüqar Nadirov (“Karvan”), Asif Məmmədov (“İnter”), Eşqin Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”), Samir Zərgərov (“Qəbələ), Bəxtiyar Soltanov (“Bakı”)


0