“İnter” İngiltərədə çıxış edən futbolçu ilə müqavilə bağlayıb
07.08.2008 - 16:28
“İnter” İngiltərədə çıxış edən futbolçu ilə müqavilə bağlayıb
“Şerif” klubundan gələn 34 yaşlı futbolçu artıq komandanın hazırlığına qatılıb. “İnter” rəhbərliyi müdafiəçini Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə oyunlar öncəsi sifariş etmək istəsə də, transfer məsələlərini çatdıra bilməyiblər.
Peşəkar futbol karyerasına 1991-ci ildə “Zimbru”da başlayan İ.Testimitanu burada 7 mövsüm (190 oyun, 32 qol) keçirib. Bundan sonra İngiltərəyə yollanan müdafiəçi aşağı liqada “Bristol Siti” klubunun (35 oyun, 2 qol) şərəfini üç mövsüm qoruyub. Ardından Cənubi Koreyanın müxtəlif klublarında keçirdiyi üç ildə 57 oyunda 2 qola imza atan İ.Testimitanu Rusiyada da legioner həyatı yaşayıb. O, bu ölkənin birinci divizionunda Novosibirskin “Çkalovets-1936” (15 oyun), “Sibir” (27 oyun) və Qroznının “Terek” (38 oyun) klublarında oynayıb.
0