Azərbaycan millisi İranla qarşılaşacaq
14.08.2008 - 15:32
Azərbaycan millisi İranla qarşılaşacaq
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası İran yığması ilə görüşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 2010-cu ildə keçiriləcək dünya çempionatının ərəfəsində son yoxlama oyununda millimiz iranlılarla qüvvəsini sınayacaq. Uelslə sentyabrın 6-da baş tutacaq seçmə matç öncəsi yığmamızın daha bir yoxlama oyunu keçirməsi nəzərdə tutulsa da, rəqib müəyyənləşməmişdi. AFFA rəqiblə bağlı qeyri müəyyənliyə aydınlıq gətirərək İran millisi ilə qarşılaşma haqda razılıq əldə edib. Görüş avqustun 27-də Tehranda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də səfərdə İslandiya millisi ilə də yoldaşlıq görüşü keçirəcək.
0