Azərbaycan Premyer Liqasının ikinci turunun hakimləri müəyyənləşib
14.08.2008 - 17:22
Azərbaycan Premyer Liqasının ikinci turunun hakimləri müəyyənləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının ikinci turunun oyunlarını idarə edəcək hakimlər məlum olub. “APA-Sport” agentliyinin məlumatına görə, Hakimlər Komitəsi ilk turda meydana çıxan ədalət təmsilçilərindən bu dəfə yalnız ikisinə təyinat verib. FİFA hakimi Babək Quliyev “Neftçi” və “Bakı” arasında keçiriləcək turun mərkəzi görüşünü idarə edəcək. “Qarabağ” - “Olimpik” matçına təyinat alan Anar Niyazov da yeni mövsümdə ikinci dəfə iş başında olacaq. Digər 4 oyun isə ötən həftə baş hakim funksiyasını yerinə yetirməyənlərə həvalə edilib.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Türkiyəyə səfər etdiyi üçün bu komandanın “Turan”la oyunu təxirə salınıb.

II tur
16 avqust (şənbə)
“Neftçi” – “Bakı”

Baş hakim: Babək Quliyev
Hakimin köməkçiləri: Azər Əsgərov, Mehman Mahmudov, Elçin Məmmədov

“İnter” – “Standard”
Baş hakim: Rövşən Əhmədov
Hakimin köməkçiləri: Səbuhi Əmrahov, Rauf Məmmədov, Əli Əliyev

“Qarabağ” – “Olimpik”
Baş hakim: Anar Niyazov
Hakimin köməkçiləri: Ramiz Əsədov, Eldar Nağıbəyov, ƏImrah İbrahimov

17 avqust (bazar)
NBC – “Simurq”

Baş hakim: Vüsal Əliyev
Hakimin köməkçiləri: Akif Adıgözəlov, Mirzə Fərzəliyev, Tahir Əhmədov

MOİK – “Qəbələ”
Baş hakim: İmanxan Sultani
Hakimin köməkçiləri: Emil İsgəndərov, İqor Şpakovski, Feyzulla Feyzullayev

“Karvan” - “Bakılı”
Baş hakim: Anar Salmanov
Hakimin köməkçiləri: Roman Vasilyev, Habil Əliyev, Zahid Həşimov
0