“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl ikinci məğlubiyyətini alıb
18.08.2008 - 11:39
“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl ikinci məğlubiyyətini alıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasında ikinci turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə çempionatının baş tutan 6 qarşılaşmasından sonra “Qəbələ” turnir cədvəlinin zirvəsində qalıb. 40 yaşlı mütəxəssis Ramiz Məmmədovun yetirmələri bu il Premyer Liqaya vəsiqə qazanan daha bir komandanı böyük hesabla məğlub edərək birinci pillədə möhkəmlənib. MOİK üzərində qələbəni iranlı futbolçu Fərzad Hatəminin qolları qazandırıb ki, bununla da hücumçu mövsümün ilk “het-trik”inin müəllifi olub. Ötən mövsüm birinci divizionda çıxış edən iki komanda da Premyer Liqada xala həsrətdir. Bu turda “Karvan” “Bakılı”nı, “Simurq” isə NBC-ni məğlub edərək, ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. Keçirdiyi hər iki matçda qalib gələn digər komanda isə “Bakı”dır. Makedoniyalı mütəxəssis Qyoko Hacievskinin yetirmələri bu dəfə “Neftçi”ni minimal hesabla məğlub ediblər. Ardıcıl ikinci dəfə bu hesabla uduzan flaqman 11-ci pillədə qərarlaşıb. Ukraynalı baş məşqçi Anatoli Demyanenkonun komandası növbəti oyunda çempionatın lideri “Qəbələ”nin qonağı olacaq. “Neftçi”ni ilk turda məğlub edən “Standard” “İnter”ə böyük hesabla uduzub. Ötən il çempionluğu “Qarabağ”la oyunda əldən verən “Olimpik” rəqibindən qisas almaq istəyini gerçəkləşdirə bilməyib. Qurban Qurbanovun da bir il əvvəl “Neftçi”ni zirvədən məhrum edən rəqibdən əvəz çıxmaq arzusu baş tutmayıb. Ardıcıl üçüncü oyundur 1:1 hesabı ilə kifayətlənən “Olimpik” artıq 6 oyundur qələbə qazana bilmir.
Qeyd edək ki, türkiyəli futbolçu Oqtay Dərəlioğlunun vida matçında iştirak edən “Xəzər-Lənkəran”ın “Turan”la matçı təxirə salınıb və sentyabrın 13-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 2-ci tur

16 avqust
“Qarabağ” – “Olimpik” - 1:1

Nidal Fərhadoviç, 89 – Junivan Suares, 25

“Neftçi” – “Bakı” – 0:1
Fernando Peres, 48

“İnter” – “Standard” – 3:0
Valter Quqlemon, 18; Cavid Hüseynov, 70; Elvin Məmmədov, 89

17 avqust
“Karvan” – “Bakılı” – 2:0

Süleyman Kamara, 16; Namiq Əliyev, 24

“Qəbələ” - MOİK – 3:0
Fərzad Hatəmi, 62; 68: 78

NBC – “Simurq” – 1:2
İsaak Pupo, 74 – David Bolkvadze, 48; 64-pen.

N

komandalar

O

Q

H

M

T

X

1

Qəbələ

2

2

0

0

7-1

6

2

Simurq

2

2

0

0

5-2

6

3

Karvan

2

2

0

0

3-0

6

4

Bakı

2

2

0

0

2-0

6

5

İnter

2

1

1

0

4-1

4

6

Qarabağ

2

1

1

0

3-2

4

7

Standard

2

1

0

1

1-3

3

8

Olimpik

2

0

2

0

2-2

2

9

Xəzər-Lənkəran

1

0

0

1

0-1

0

10

Turan

1

0

0

1

1-3

0

11

Neftçi

2

0

0

2

0-2

0

12

Bakılı

2

0

0

2

1-4

0

13

NBC

2

0

0

2

2-6

0

14

MOİK

2

0

0

2

0-4

0



Bombardir: Fərzad Hatəmi (“Qəbələ”) – 3.
Növbəti turun oyunları: 23 avqust – “Standard” – “Qarabağ”, “Simurq” – MOİK, “Turan” – NBC, 24 avqust – “Bakılı” – “Xəzər-Lənkəran”, “Olimpik” – “Karvan”, “Bakı” – “İnter”, “Qəbələ” – “Neftçi”.
0