“İtkilər olsa belə, Azərbaycan yığmasını udmaq iqtidarındayıq”
04.09.2008 - 10:12
“İtkilər olsa belə, Azərbaycan yığmasını udmaq iqtidarındayıq”
O, sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək dünya çempionatının seçmə oyununda həmyerlilərini Azərbaycan yığmasına qalib gəlməyə borclu sayır: “Yeni seçmə mərhələnin startı ərəfəsində itkilər haqda köhnə nağıllar yada düşüb. Millinin baş məşqçisi Con Toşak son 30 ildə belə zədə epidemiyası ilə rastlaşmadığını iddia edir. Toşak son bir ildə o qədər də heyətə düşməyən “Vest Hem”li futbolçular - Denni Qabbidon, Kreyq Bellami və Ceyms Kollinzin durumunu daha yaxşı bilməli idi. Düşünürəm ki, yığmamız bu üç futbolçu olmadan da oynamağa hazırdır. İtkiləri olan millimiz sentyabrın 6-da qələbə qazanmaq üçün bütün keyfiyyətlərə malikdir”.
Qeyd edək ki, Uels – Azərbaycan matçı sentyabrın 6-da saat 19:00-da başlayacaq.
0