Dünya çempionatında nəticəsi əvvəlcədən razılaşdırılan oyunlar
04.09.2008 - 10:38
Dünya çempionatında nəticəsi əvvəlcədən razılaşdırılan oyunlar
Bakı. Elşən Məmmədov - APA-Sport. 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında dörd qarşılaşmanın nəticəsi əvvəlcədən razılaşdırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda kanadalı jurnalist Deklan Hill “Dilemma” adlı kitabında yazıb. Tədqiqatçı-jurnalist dünya çempionatı zamanı dörd görüşün nəticəsinə Asiya futbol mafiyasının təsir göstərdiyini iddia edib. O, “danışılmış oyunlar” siyahısında qrup mərhələsində İtaliya – Qana (2:0), 1/8 finalda İngiltərə – Ekvador (1:0) və Braziliya – Qana (3:0), ¼ finalda isə İtaliya – Ukrayna (3:0) matçlarını göstərib. Ekvador Futbol Federasiyası (EFF) rəsmiləri isə ölkə yığmasının adının İngiltərə ilə 1/8 final matçında “danışılmış oyun” olayında hallanması ilə əlaqədar FİFA-ya müraciət ediblər. FİFA isə EFF-in istəyilə həmin oyunların araşdırılmasını qərara alıb. Ali futbol qurumunun prezidenti Zepp Blatter xüsusən, Braziliya və Qana yığmaları arasında keçirilmiş ¼ final matçının nəticəsinə yenidən baxacaqlarını bildirib.
0